Şrift:
Macarıstan hökuməti: Ramil Səfərovun qaytarılması ilə Azərbaycanla Macarıstanın iqtisadi əməkdaşlığı arasında heç bir əlaqə yoxdur
03.09.2012 [13:24] - Xəbərlər, Türk dünyası-Turan
“Azərbaycan zabiti Ramil Səfərovun təhvil verilməsi ilə Azərbaycanla Macarıstanın iqtisadi əməkdaşlığı arasında heç bir əlaqə yoxdur”.

Bunu Macarıstan baş nazir aparatının xarici və xarici iqtisadi fəaliyyət üzrə dövlət katibi Peter Siyarto (Peter Szijjarto) deyib. O bildirib ki, R. Səfərovun Azərbaycana verilməsi məsələsi Macarıstanın baş naziri Viktor Orbanın iyunun sonunda Azərbaycana səfəri zamanı müzakirə olunub. P. Siyarto Macarıstan hökumətinin məhkumların təhvil verilməsinə dair 1983-cü ildə imzalanmış beynəlxalq Strasburq Konvensiyasına uyğun hərəkət etdiyini söyləyib. O qeyd edib ki, bu, adi beynəlxalq-hüquqi prosesdir və Macarıstan il ərzində orta hesabla 10-12 nəfəri ekstradisiya edir.

R. Səfərovun təhvil verilməsinin Azərbaycanın Macarıstan iqtisadiyyatına 2-3 milyard dollar sərmayə qoyacağı haqda vədinin nəticəsi kimi qiymətləndirilməsini şərh edən P. Siyartonun sözlərinə görə, bu iddianı irəli sürənlər parlaq təxəyyülə malikdir, lakin fakt bundan ibarətdir ki, iqtisadi əməkdaşlığın beynəlxalq məhkəmə işlərinə hər hansı təsiri yoxdur.
Bu xəbər oxucular tərəfindən 1301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed