Şrift:
Bakıda Qaraçay-Çərkəz Mədəniyyət Günləri başlayır
07.10.2019 [10:54] - Türk dünyası-Turan, Mədəniyyət, Bildiriş
Bu gün Bakıda Qaraçay-Çərkəz Respublikası (Rusiya) Mədəniyyət Günləri başlayır.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Bakı ofisinin Mətbuat xidmətindən məlumat verilib.
Bu gün Mədəniyyət Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük konsert keçiriləcək. Konsertdə Qaraçay-Çərkəz Respublikasından çoxlu sayda yaradıcı qrup iştirak edəcək.
Nümayəndə heyətinə Qaraçay-Çərkəz Respublikasının mədəniyyət naziri Ramazan Borokov və Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Bayramkulov başçılıq edir.
Konsert saat 19:00-da başlayacaq. Giriş pulsuzdur.
Bu xəbər oxucular tərəfindən 1681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed