Şrift:
“Death of armenians” - “Ermənilərə ölüm”, “Leave now” - “Rədd olun!” - Amerikalılar ermənilərə qarşı - FAKT
07.10.2019 [10:55] - Xəbərlər, Diaspor
İllərdir az qala özümüzü inandırırq ki, dünyadakı erməni lobbisi div gücündədir, heç bir qüvvə bu lobbi ilə bacarmaz. Hətta bu qüvvə o qədər fetişləşdirilib ki, Amerika, Fransa kimi ölkələrin erməni lobbisi tərəfindən idarəedilməsinə şübhəmiz qalmayıb.
Elə ermənilərin də istəyi budur.

Öncə Amerikda, Los Anceles ştatında ermənilərin Ermənistana yardım kampaniyasında müşahidəçi qismində iştirak etmiş bir azərbaycanlının fikirlərini sizə çatdıraq, sonra yazının adındakı hadisəni təffərrüatı ilə bizdən – Modern.az-dan oxuya biləcəksiniz.

Bir il əvvəl ermənilər adını çəkdiyimiz ştatda “Artsax üçün yardım kampaniyası”na start verirlər. Bir həftə ərzində 200 min dollar pul toplanılır.

Ancaq ermənilər bunu dünyaya 200 milyon kimi təqdim edirlər. Yəqin ki, hər biriniz anında düşündünüz ki, Amerikada belə bir yalana yol verilə bilməz. Onu da unutmayın ki, belə kampaniyalarda erməni lobbisi hər dəfə anonim adamlara istinad edir, bu məsələdə elə piar qururlar ki, nəinki bütün ermənilərin, hətta dünyanın diqqətini cəlb edə bilsinlər.
Qaldı yığılan məbləğin şişirdilməsinə, araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı erməni fondları hesablarındakı pulu “burdan ora” köçürməklə dünyanı buna inandırmağa çalışırlar.
Burada xüsusi hədəf dünyadakı imkanlı ermənilərdir. Onlar eşidəndə ki, iş adamı olmayan ermənilər 200 milyon topladılar, istər-istəməz hərəkətə keçirlər.
Biz isə dünyanın harasında yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq imkanlı azərbaycanlıların ünvanına ən yumşaq halda “Onlar restoranlara, qızlara, qumara milyardlar xərcləyər, öz millətinə bir manat qıymaz” kimi ifadələr göndəririk.

Yəqin ki, yanaşmadakı fəqi hiss etdiniz. Biz öz yanaşmamızla hər kəsi geri itələyirik.

Keçək əsas məsələyə.
Ötən həftə Amerikada ermənilərin cəmləşdiyi təşkilatlardan biri
(The Armenian Youth Federation Glendale (Glendale erməni gənclər təşkilatı) "Roupen" əslində təşkilatın götürdüyü addı, yəni buna erməni təşkilatı olan "Roupen" də demək olar) amerikalılara etiraz bəyanatı ünvanlayıb.

Deməli, bir il əvvəl Los Anceles ştatının Glendale Şəhər Şurasının qərarı ilə Maryland prospektinin adı dəyişdirilib və Artsaxla əvəzlənib.
Erməni təşkilatı olan "Roupen" etiraz bəyanatında qeyd edir ki, bu prospektin adının dəyişdirilməsinin ildönümü ərəfəsində, yəni ötən həftə "Armenian Council of Aging” - erməni ağsaqqallar şurasının binası qarşısında ermənilərə qarşı amerikalılar tərəfindən ayrı-seçkilik şüarları səsləndirilib.

Bir az da konkretləşdirsək, ("Death of armenians”-ermənilərə ölüm", "Leave now”-rədd olun") şuarların davamlı xarakter aldığı və bunun yolverilməz olduğu vurğulanıb.. Maryland prospektinin adının dəyişdirilməsi və Artsaxla əvəzlənməsi isə karikaturalaşdırılıb və karikatura “Los Angels Times” nəşrinin bir qolu olan "Glendale news press" də dərc olunub.

https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fasbarez.com%2F186588%2Fglendale-ayf-angered-about-news-press-editorial-cartoon%2F%3Ffbclid%3DIwAR2yQQnt9sqhAnbcTXVWzcMe0S2QZ_090_LkPslKjIe-_Y1sZ17pVsO8mn8&h=AT02F1w1VpJ4mkaQd74ZrjKOAYRGJQo62XB4_QigDoWfNAH3zWGjQaW9t4RNZBOpCOj9wPb3swweRfpbs3fgi__ixjoPvHORnKvVZyDitExFN4-puje8GbHy_yTahQox9gFViw)

Karikaturanın "Artsakh" küçəsinə işarə kimi "Maryland prospekti üçün darıxıram" başlığı ilə dərc olunmasına diqqət çəkən ermənilər, “Glendale”nin etnik erməni icmasını hədəf aldığını iddia ediblər.
Ermənilərin vay-şivəni bununla bitmir. Onlar etiraz olaraq bildiriblər ki, Artsaxın nə olduğu bilməyənlərin, həm erməni, həm də Amerika mədəniyyəti üçün əhəmiyyəti barədə məlumatı olmayanların irqçi karikatura çəkməzdən əvvəl özlərini tərbiyə etmələri yaxşı olardı.
“Artsax müstəqil bir respublikadır, yalnız öz suverenliyi üçün deyil, həm də mövcudluğu üçün daim mübarizə aparır. Bu ad erməni-amerikalıların qəlbində əhəmiyyətli bir yer tutur”,-deyə erməni icması hay-küy salıb.
Ermənilər məsələnin bu şəkil almasında Amerikadakı Azərbaycan diasporunu əsas baiskar bilsələr də, etiraz bəyanatlarında bundan heç də bəhs etməyiblər.

Bunun cavabı isə sadədir: bizdən fərqli olaraq ermənilər Azərbaycan diasporunun fəaliyyətini, adını çəkmirlər. Çünki bununla Azərbaycan diasporunun gücünü etiraf edirlər kimi görünəcəklərindən ehtiyatlanırlar.
Əslində isə qeyd etdiyimiz məsələdə Amerikadakı Azərbaycan diasporunun böyük rolu var.
Və əsas odur ki, dünyada “Kiçik ermənistan” kimi tanınan bir Amerika ştatında amerikalılar ermənilərə “rədd olun , ermənilərə ölüm!”şüarı səsləndiriblər.

Kim bilir, bəlkə də bu, tarixi dönüşün, erməni ifşanın başlanğıcıdır.

Azərbaycan diasporu tarixində yeni bir dövrdür.

Təki biz özümüzə, gücümüzə güvənək, özümüz barədə əskiklik komplekindən birdəfəlik uzaq olaq.

P.S. Ermənistanın baş naziri Paşinyanın diaspor komissarı təyinatından sonra Rusiya erməniləri ilə Amerika ermənilərinin qarşıdurma həddində olması faktı da ortadadır: https://modern.az/az/news/209006
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed