Şrift:
Şotlandiyada minlərlə insan müstəqillik uğrunda yürüş keçirir
07.10.2019 [11:10] - Siyasət
Şənbə günü minlərlə insan Edinburqda yürüş keçirərək Ştolandiyanın müstəqilliyinə çağırış edib. Bu, Brexitin Avropa İttifaqından ayrılmasından bir neçə həftə öncəyə təsadüf edib. Bu aralar Şotlandiyada Britaniyadan ayrılması üzərində səsvermənin keçirilməsinə dair çağırışlar artıb.

Əllərində Şotlandiya bayraqları daşıyan, kilt geyinən və musiqi alətlərində ifa edən nümayişçilər Şotlandiyanın paytaxtındakı Holirud parkında yürüş edib.

Onlar arasında hüquqşünas və Şotlandiyalı Millətçi Partiyasının qanunvericisi Coanna Çerri olub. O, baş nazir Boris Consonun parlamentin işini təxirə salmaq qərarının ləğvinə gətirib çıxan qanunvericilərdən biridir.

O həmçinin ötən ay Consonu Avropa İttifaqını razılıqsız tərk etməsinin qarşını almaq üçün Aİ-dən əlavə vaxt istəməyə məcbur edən qanunun əsas dəstəkçilərindən biridir.

Şənbə günü keçirilən yürüşü təşkil edən All Under One Banner qrupu yürüşdə 100 min insanın iştirak edəcəyini gözlədiklərini bildirib.

Şotlandiya 2014-cü ildə keçirilən referendumda 55 faiz səslə müstəqilliyin əleyhinə səs verib.

Lakin millətçilər iddia edir ki, Britaniyanın 2016-cı ildə keçirdiyi referendum Brexit lehinə nəticələndiyi üçün yeni müstəqillik referendumunun keçirilməsi zəruridir, çünki Şotlandiyanın 62 faizi Avropa İttifaqında qalmağın lehinə səs verib.

Şotlandiyanın baş naziri Nikola Störcün Brexit-in iqtisadiyyatı məhv edəcəyini deyir.

Millətçilər də iddia edir ki, bəziləri müstəqilliyin əleyhinə ona görə səs verib ki, bununla onlar Aİ-da qalmağı sığortalayıb.

2021-ci ildə ikinci müstəqillik referendumunun keçirilməsini istəyən Störcen yürüşdə iştirak edə bilməs də, Twitter-də dəstək mesajı paylaşıb.

Bəzi müstəqillik fəalları da yürüşdə iştira edib, Birləşmiş Krallıq bayrağını daşıyan ittifaq tərəfdarları isə əks-nümayiş keçirib.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed