Şrift:
Urmiyada türkcə yazılan lövhələr növbəti dəfə radikal kürdlərin hücumuna məruz qalıb
07.10.2019 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyada radikal kürdlər Azərbaycan türklərinə qarşı təzyiqləri artırıb.

Son məlumata görə, Urmiyada türk dilində yazılan bir çox lövhə növbəti dəfə mühacir kürdlərin hücumuna məruz qalıb.

Şəkillərdə göründüyü kimi, “Qoyun körpüsü” və “doşabçı xana” lövhələrindəki türkcə yazılar qaralanaraq oxunmaz hala gətirilib.

Oxşar hadisə Urmiya şəhərində sentyabr ayında baş vermişdir. “Qəfə qabağı” və “Urmu gölü” lövhələri yerindən qoparılıb, bir neçə lövhə, o cümlədən “Şəhidlər körpüsü” də qaralaranaq oxunmaz vəziyyətə salınmışdır.
Mühacir kürdlərin bu təhrikamiz hərəkəti azərbaycanlıların kəskin etirazı ilə qarşılandı, etirazlar geniş vüsət aldıqdan sonra türkcə lövhələr yenidən bərpa edildi.

Kürd terror qruplaşmalarını təbliğ edən müxtəlif kanallar kürdləri davamlı olaraq türkcə lövhələri qaralamağa çağırır.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed