Şrift:
Məişət tullantılarının “Qotur dağı” ətrafına atılması kənd əhalisinin etirazına səbəb olub – Qoşaçayda
07.10.2019 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qoşaçay Bələdiyyə İdarəsinin məişət tullantılarını “Qotur dağı” ətrafına atması ətrafdakı kəndlərin əhalisini qəzəbləndirib.

Məlumata görə, yüzlərlə kənd əhalisi etiraz yığıncağı keçirərək Bələdiyyə İdarəsini bu işə son qoymağa çağırıb.

Etirazçıların sözlərinə görə, ərazinin zibilxanaya çevrilməsi kəndlərin sakinləri arasında xərçəng xəstəliyini artırıb, hazırda 1000-ə yaxın insan bu ölümcül xəstəlikdən əziyət çəkir.

Yığıncaqda “nəfəs çəkmək istəyirik”, “nəfəs almağımıza mane olmayın” və s. kimi sözlər yazılmış plakatlar qaldırılıb.

Güney Azərbaycanın bütün əyalətlərində şəhər və kəndlərin ətrafında sənaye və məişət tullantılarının toplanması artıq adi hala çevrilib. Dövlətin problemin aradan qaldırılması istiqamətində heç bir addım atmaması yerli əhali, xüsusi ilə də ətraf mühit tərəfdarlarının ardı-arası kəsilməyən etirazlarına səbəb olmaqdadır.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed