Şrift:
Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib
09.10.2019 [10:52] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyib.
Azərbaycan hazırda 62,7 bal ilə (2,7 bənd əlavə edib) reytinq siyahısında 58-ci yeri tutur.
Qeyd edək ki, Ermənistan siyahıda 69-cu (61,3 bal ilə), Gürcüstan isə 74-cü (60,6 bal ilə) yerdə qərarlaşıb.
Ümumilikdə 141 ölkənin yer aldığı reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir.
Əlavə edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və ölkələri dördüncü sənaye inqilabına hazırlıq səviyyəsinin ölçüsüdür.
Azərbaycan "əmək bazarı" (21-ci yer/2018-ci ildə isə 40-cı yer), "biznesin dinamikliyi" (23/31), "ərzaq bazarı" (23/37), "infrastruktur" (38/46), "bacarıqlar" (48/54), "ictimai institutlar" (49/58), "bazarın miqyası" (67/65), "innovativ potensial" (68/71) kimi indekslərdə reytinqin yuxarı yarısında qərarlaşıb.
"İKT potensialı" (73/69), "maliyyə sistemi" (96/96), "səhiyyə" (98/91), "makroiqtisadi sabitlik" (103/126) kimi rəqabətqabiliyyətlilik göstəricilərində isə Azərbaycan siyahının ikinci yarısında yer alıb.
"Makroiqtisadi sabitlik" indikatoru üzrə AzərbaycaAzərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyib.
"Report" xəbər verir ki, Azərbaycan hazırda 62,7 bal ilə (2,7 bənd əlavə edib) reytinq siyahısında 58-ci yeri tutur.
Qeyd edək ki, Ermənistan siyahıda 69-cu (61,3 bal ilə), Gürcüstan isə 74-cü (60,6 bal ilə) yerdə qərarlaşıb.
Ümumilikdə 141 ölkənin yer aldığı reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir.
Əlavə edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və ölkələri dördüncü sənaye inqilabına hazırlıq səviyyəsinin ölçüsüdür.
Azərbaycan "əmək bazarı" (21-ci yer/2018-ci ildə isə 40-cı yer), "biznesin dinamikliyi" (23/31), "ərzaq bazarı" (23/37), "infrastruktur" (38/46), "bacarıqlar" (48/54), "ictimai institutlar" (49/58), "bazarın miqyası" (67/65), "innovativ potensial" (68/71) kimi indekslərdə reytinqin yuxarı yarısında qərarlaşıb.
"İKT potensialı" (73/69), "maliyyə sistemi" (96/96), "səhiyyə" (98/91), "makroiqtisadi sabitlik" (103/126) kimi rəqabətqabiliyyətlilik göstəricilərində isə Azərbaycan siyahının ikinci yarısında yer alıb.
"Makroiqtisadi sabitlik" indikatoru üzrə Azərbaycanın göstəricilərinin yaxşılaşmasına ölkədə inflyasiyanın aşağı səviyyədə olması və xarici borcun aşağı olması təsir göstərib.nın göstəricilərinin yaxşılaşmasına ölkədə inflyasiyanın aşağı səviyyədə olması və xarici borcun aşağı olması təsir göstərib.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed