Şrift:
Rusiya ilə Türkiyə milli valyutalarla hesablaşmalar barədə saziş imzalayıb
09.10.2019 [10:52] - İqtisadiyyat
Rusiya və Türkiyə milli valyutalarla hesablaşmalar barədə razılaşma imzalayıb.

Rusiya və Türkiyə milli valyutalarla hesablamalar və ödənişlər, eləcə də banklararası qarşılıqlı fəaliyyətin genişləndirilməsi və möhkəmləndirilməsi haqqında saziş imzalayıb. Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Sazişi Rusiya Maliyyə naziri Anton Siluanov və Türkiyə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıblar.

Məlumatda deyilir ki, sənədin imzalanmasında məqsəd iki ölkə arasında maliyyə əməliyyatlarında tədricən milli valyutalarla keçid, maliyyə bazarında müvafiq infrastrukturun yaradılması, Rusiya və Türkiyə milli valyutalarının cəlbediciliyinin artırılmasıdır.



Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed