Şrift:
Türkiyə Prezidenti noyabrın 13-də ABŞ-a səfər edəcək
09.10.2019 [10:53] - Gündəm, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a gələcək və burada Birləşmiş Ştatların Prezidenti Donald Trampla danışıqlar aparacaq.

Vaşinqton administrasiyasının rəhbəri bu barədə məlumatı “Twitter” sosial şəbəkəsində paylaşıb.

“Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də mənim qonağım qismində ABŞ-a gələcək”, - deyə Donald Tramp bildirib.

ABŞ Prezidenti Türkiyə-Amerika münasibətlərinin vacibliyini vurğulayaraq Ankaranı Birləşmiş Ştatların ən iri ticarət tərəfdaşlarından biri adlandırıb.

“İnsanların çoxu Türkiyənin ABŞ-in əsas ticarət tərəfdaşlarından biri olduğunu unudurlar. Düzünü desək, onlar bizim F-35 qırıcı təyyarələrimizin füzelyajı üçün polad konstruksiyalar hazırlayır. Onlarla iş görmək də yaxşıdır – onlar Suriyanın İdlib əyalətində çox sayda həyatı xilas etməkdə mənə yardımçı oldular, həmçinin mənim xahişimlə uzun müddətə azadlıqdan məhrum olunmuş keşiş Endryu Bransonu sağ-salamat geri qaytardılar. Bundan başqa, yadda saxlayın – bu çox vacibdir – Türkiyə NATO alyansının etibarlı üzvlərindən biridir”, - deyə prezident qeyd edib.

Donald Tramp, həmçinin Birləşmiş Ştatların sonu görünməyən müharibələrdən çıxmalı olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, oktyabrın 6-da Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı noyabr ayında Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed