Şrift:
AFFA və FIFA-nın prezidentləri İsveçrədə görüşüblər
09.10.2019 [11:37] - İdman
Oktyabrın 8-də İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed