Şrift:
“Traxtur” və “Maşınsazi”nin 5 oyunçusu ümid milli komandasına dəvət edilib
09.10.2019 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” və “Maşınsazi” futbol komandalarının 5 oyunçusu İranın ümid milli futbol komandasına dəvət edilib.

Ümid milli komandasının baş məşqçisi Həmid Estili çalışdırdığı komandanın təlim-məşq toplanışına dəvət edilən oyunçuların adlarını açıqlayıb.

Məlumata görə, “Traxtur” komandasından Əbülfəzl Rəzzaqpur, Məhəmmədrza Azadi və Rza Şikari, “Maşınsazi”dən isə Məhəmməd Müslimipur və Məhəmməd Xürrəm Hüseyni təlim-məşq toplanışına çağırılıb.

Baş məşqçi komandasına toplam olaraq 35 oyunçu dəvət etdiyini bildirib.

Oktyabrın 7-dən başlayan təlim-məşq toplanışı 1 həftə davam edəcək.

N.S
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed