Şrift:
“Qərbi Azərbaycanda heç bir yeni əyalət təsis edilməyəcək” – Nazirlik rəsmisi
09.10.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Xoy şəhərinin sözdə millət vəkili Tağı Kəbiri Qərbi Azərbaycan Əyalətinin parçalanması və “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) Əyalətinin yaradılması ilə bağlı təklif layihəsini İran parlamentinə təqdim etmişdir.

Həmin zaman yerli əhali ilə yanaşı bir neçə azərbaycanlı deputat buna qarşı çıxsa da Tağı Kəbiri irəli sürdüyü təklifi hələ də müdafiə edir.

Artıq etirazların nəticə verdiyi, hökumətin bu plan üzərində hələlik işləmədiyi məkum olub. Bu barədə Qərbi Azərbaycanın Salmas şəhərinə səfər edən Daxili İşlər Nazirliyinin inzibati-ərazi bölgüsü bölümün rəisi Səid Calali məlumat verib.

“Qərbi Azərbaycanda yeni əyalətin yaradılması ilə bağlı yayılan xəbərlər yalandır. Bu barədə heç bir təklif və ya qərar yoxdur. Bu istiqamətdə hətta araşdırma da aparılmır, ona görə ki, ölkə əyatlərinin parçalanması məqsədə uyğun sayılmır.
Ölkənin indiki vəziyyəti isə yeni əyalətin yaradılmasına qətiyyən imkan vermir.”- deyə o vurğulayıb.

“Xəbər Online”nın yaydığı məlumata görə, Səid Calali ölkə rəsmiləri və siyasi fəalları ölkənin inzibati-ərazi bölgüsü kimi həssas məsələlərə toxunaraq ictimaiyyəti təşvişə salmamağa çağırıb.

Xatırladaq ki, mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” əyalətinin yaradılması ilə bağlı təklif layihəsi Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin sözdə milət vəkili Tağı Kəbiri tərəfindən İran parlamentinə təqdim olunmuşdur.
Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad avqustun 17-də təklif layihəsinin parlamentə təqdim olunduğunu açıqlayıb.

Tağı Kəbirinin xəyanətkar hərəkəti güney azərbaycanlıların kəskin etirazına səbəb oldu. Bundan sonra təklif layihəsini imzalayan deputatlar imzalarını ardıcıl geri götürdü. Təklifin seçki təbliğatı və siyasi məqsədlərə yönəldiyini deyən deputatlar sözügedən layihəyə qarşı çıxacaqlarını elan etdilər.

N.S
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed