Şrift:
Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
10.10.2019 [10:33] - Xəbərlər, Sosial
Gələn ildən etibarən Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq. Məhsulun hamısı ölkədə emal ediləcək.

Bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov jurnalistlərə bildirib. O qeyd edib ki, xarici ölkələrə hazır toxuculuq məmulatları ixrac ediləcək.

S.Umurzakov deyib: “Bu il Özbəkistandan xarici ölkələrə 2 milyard dollardan çox toxuculuq məmulatları ixrac olunacaq, 2025-ci ilə qədər isə bu rəqəm 8 milyarda yüksələcək”.

O bildirib ki, Özbəkistan xarici ölkələrə xam pambıq satışını getdikcə azaldır. Belə ki, 2010-cu ildə xaricə 1,5 milyard dollar həcmində xam pambıq satılmışdısa, 2015-ci ildə bu rəqəm 736 milyon dollara qədər azalıb, keçən ilin göstəricilərinə görə isə 222 milyon dollar təşkil edib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed