Şrift:
Yoldaşlıq görüşü: Almaniya-Argentina oyunu heç-heçə başa çatıb
10.10.2019 [10:38] - Gündəm, İdman
Oktyabrın 9-da futbol üzrə Almaniya və Argentina komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib.

Görüş “Signal İduna Park” stadionunda reallaşıb.

Görüşdə meydan sahibləri 2:0 hesabı ilə öndə olsalar da, qonaqlar dönüş yaradaraq hesabı bərabərləşdirməyə nail olublar.

Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Almanların heyətində Serj Qnabri, Kai Havertz, argentinalıların heyətində isə Lukas Olario və Lukas Okampos fərqləniblər.

Xatırladaq ki, Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununda millimiz 3:2 hesabı ilə qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed