Şrift:
Urmiyada polis tərəfindən döyülən güney azərbaycanlı gənс həyatını itirib
10.10.2019 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyada sürücülük vəsiqəsi olmadığına görə yol polisi tərəfindən vəhşicəsinə döyülən azərbaycanlı gənc bir neçə gün sonra ölüb.

Məlumata görə, 19 yaşlı Əli Xudayi sentyabrın 30-da yol polisi əməkdaşları tərəfindən döyülüb. Baş nahiyyəsindən ağır zərbə alan gənc 7 gün komada qaldıqdan sonra həyatını itirib.

Əli Xudayiyə yaxın şəxslərin verdiyi məlumata görə, o moto kuryer kimi fəaliyyət göstərək özü və bir bacısının dolanışıq xərclərini təmin edirmiş. Hadisə Səhər parkına yaxın, “Şahrox abad” məntəqəsində baş verib. Fərid Mustafazadə adlı yol polisi sürücülük vəsiqəsi olmadığı üçün gənci vəhşicəsinə döyüb, komaya düşən motosikletçi bir həftə sonra oktyabrın 7-də həyatını itirib.
Verilən məlumata görə, bu günə qədər Fərid Mustafazadəyə qarşı heç bir tədbir alınmayıb.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed