Şrift:
Şərqi Azərbaycan valisinin müavini: Süngün əhalisinin tələblərinə baxılacaq
10.10.2019 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Süngün kəndi əhalisinin “Süngün mis mədəni”ni çalışdıran şirkətə qarşı etirazları uzun müddətdir davam edir. Bu dəfə Şərqi Azərbaycan valisinin müavini məsələyə baxılacağı barədə söz verib.

Əliyar Rastqu Süngün kəndi əhalisi valilik binasının qarşısında etiraz yığıncağı keçirdikdən sonra bu barədə “Nəsr” agentliyinə danışıb.

“Valilik kənd əhalisinin etirazlarını diqqətdə saxlayacaq. Bu barədə artıq Vərziğan Şəhər İcra Hakimiyyəti və Süngün Mis Şirkətinə xəbərdarlıq da edilib.
Əhalinin mis şirkəti ilə mülkiyyət ixtilafı var. Onların tələbinə baxılması barədə çərşənbə günü Şəhər İcra Hakimiyyəti və Süngün Mis Şirkətinə göstəriş verilib.”- deyə o bildirib.

Süngün kəndinin əhalisi oktyabrın 9-da torpaq sahələrinin mis şirkəti tərəfindən mənimsənildiyinə etiraz olaraq Şərqi Azərbaycan Valiliyinin qarşısında etiraz yığıncağı keçirib. Yığıncaq zamanı “Biz Süngün əhalisini köməksiz buraxmayın”, “Əyalət rəhbərliyindən vədlərinə əməl etmələrini tələb edirik”, “Nə üçün Süngün mis mədəni özbaşına buraxılıb?!”, “Hörmətli vali bu promlemin həllində bizə yardımçı olun” və s. kimi sözlər yazılmış plakatlar qaldırılıb.

Azərbaycan Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bu mədəni çalışdıran şirkətin bank hesabları Kirman və Tehran şəhərlərində yerləşir. Mədəndən əldə olunan gəlir isə yerli olmayan şirkət və fiziki şəxslərə nəsib olur. Bu məsələ uzun illərdir yerli əhali və bəzi məsulların etirazına səbəb olmaqdadır.
Ötən il bir sıra azərbaycanlı millət vəkilləri ilə birlikdə Vərziğanın imam cüməsi cənab Məhdəvi və Təbrizin imam cüməsi Al-i Haşim sözügedən mədəndən əldə olunan gəlirin yerli əhaliyə nəsib olmamasından şikayətlənərək şirkətin bank hesabının Şərqi Azərbaycana intiqal edilməsini tələb etmişdilər.
Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed