Şrift:
Fərəc Quliyevə kollektiv müraciət edən sakinlərlə görüş keçirildi
10.10.2019 [16:12] - Xəbərlər, Siyasət, Özəl xəbər
Suraxanı rayonu Qaraçuxur qəsəbəsindən infrastruktur problemlərlə bağlı Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə yazılı şəkildə kollektiv müraciət edən sakinlərlə deputatın təşəbbüsü ilə görüş keçirilib.
Görüş qəsəbənin M.Fətəliyev küçəsindəki 15, 17 və Z.Şərifov küçəsindəki 14B saylı binaların sakinləri adından edilmiş müraciətdə qaldırılan məsələlərlə bağlı yerli baxış keçirmək və sakinləri dinləmək məqsədi ilə binaların həyətində yerləşən mərasim evində keçirilib. Sakinlərə müraciətləri ilə bağlı ətraflı izahatlar verilib və görülən işlər baradə məlumatlandırılıblar. Binalarda və ətraf ərazilərdə olan infrastruktur problemlərə yerli baxış keçirilib və çatışmazlıqlar qeydə alınıb.
Görüşdə həmçinin sakinlərlə milli və dövlətçilik naminə birlik nümayiş etdirmək, eləcə də təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmaq barədə söhbətlər aparılıb. Bu istiqamətdə verilən suallar cavablandırılıb və izahatlar verilib.
Sakinlər də öz növbələrində millət vəkilinin onların müraciətinə göstərdiyi bu diqqəti yüksək qiymətləndirdiklərini bildiriblər və təşəkkürlərini çatdırıblar.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, ərazi ilə bağlı qeydə alınmış problemlərin həlli üçün aidiyyatı orqanlara artıq müraciətlər edilib və həlli istiqamətində işlər görülür.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed