Şrift:
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
11.10.2019 [10:21] - Xəbərlər, Hərb
Türkiyə Silahlı Qüvvələrimnin Suriya ərazisindəki terror qruplaşmalarına qarşı gerçəkləşdirdiyi “Barış Pınarı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 277-yə çatıb.


Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.


Nazirliyin açıqlamasında bildirlir ki, ötən gecə boyunca həyata keçirilən əməliyyatı zamanı daha 49 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib.


Müdafiə Nazirliyi “Barış Pınarı” əməliyyatı başlayandan bəri zərərsizləşdirilən terrorçuların ümumi sayının 277 nəfər olduğunu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed