Şrift:
ABŞ ilə Çin ticarət məsələsində ilkin razılığa gəliblər
12.10.2019 [10:03] - Xəbərlər, Siyasət
Vaşinqtonda keçirilmiş Çin-ABŞ ticarət danışıqlarının 13-cü mərhələsində ilkin razılıq əldə olunub.

ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında oktyabrın 15-də 250 milyard dollarlıq Çin mallarına planlaşdırılan idxal rüsumlarının artırılmasının təxirə salındığını deyib.

Çin mənbələri yazır ki, tərəflər danışıqlarda kənd təsərrüfatı, müəllif hüquqlarının qorunması, valyuta mübadiləsi məzənnəsi, maliyyə xidmətləri, ticarət əməkdaşlığının genişlənirilməsi, texnoloji mübadilə sahələrində razılaşmada irəliləyişə nail olublar.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed