12.10.2019 [10:08] - Gündəm, Hüquq
Yaponiya Ali Məhkəməsi 2011-ci il sunamisi zamanı həlak olan uşaqların ailələrinə yerli hakimiyyət orqanları tərəfindən kompensasiyaların ödənməsi barədə arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.
NHK telekanalı xəbər verir ki, sunami zamanı Miyaqi prefekturasının İşinomaki şəhərindəki ibtidai məktəbdə 74 şagird həlak olub. Həmin uşaqlardan 23-nün valideyni 2014-cü ildə şəhərə və prefekturaya qarşı iddia qaldıraraq onlara dəymiş zərərə görə 21 milyon dollar ödənməsini tələb ediblər.
Bildirilir ki, Senday arbitraj məhkəməsi bu valideynlərə 13 milyon dollar dəyərində kompensasiya ödənməsi barədə qərar qəbul edib. Məhkəmə həmin məktəbi təxliyə marşrutunu düzgün seçməməkdə təqsirli bilib.
Şəhərin və prefekturanın nümayəndələri iddianı qəbul etməməyə çalışıblar. Lakin onların apelyasiya şikayəti qəbul edilməyib və məhkəmə beş hakimin yekdil səsi ilə kompensasiyanın ödənməsi barədə qərar qəbul edib.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |