Şrift:
Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
12.10.2019 [11:18] - Gündəm, İqtisadiyyat
Oktyabrın 12-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 14:45-də Dubaydan Bakıya “FZ 707” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 15:40-da Bakıdan Dubay istiqamətində “FZ 708” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed