Şrift:
Ermənistanın Konstitusiya Məhkəməsi Paşinyanı məyus edə bilər
12.10.2019 [11:24] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanın “şeytanın vəkili” adlandırdığı (sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan nəzərdə tutulur) Konstitusiya Məhkəməsinin (KM) sədri Hrayr Tovmasyanla baş nazir Nikol Paşinyanın arasında mübarizə artıq kulminasiya nöqtəsinə çatır. Hökumət başçısının “Mənim addımım” parlament fraksiyasının məhkəmə sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə qərarı KM-də oktyabrın 14-də baxıla bilər.

Erməni KİV-nə istinadla xəbər verir ki, KM-nin nümayəndəsi qanunla parlamentin qərarına 30 gün müddətində baxıla biləcəyini qeyd edib. Lakin Paşinyan və onun tərəfdarları hökumətin siyasətini sərt tənqid edən Tovmasyanın tez bir zamanda vəzifədən kənarlaşdırılmasında təkid edirlər. Məhkəmədən daxil olan məlumatlar isə söyləməyə əsas verir ki, yüksək məhkəmənin hakimləri parlamentarilərin müraciətinə baxmaqdan imtina edə bilərlər.

Xatırladaq ki, hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Koçaryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir.

Bundan başqa, bu yaxınlarda KM sədrinin bacısı – jurnalist Anjela Tovmasyan da Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarını tənqid etdiyi üçün hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. Onun ofisinə basqın edilib, əleyhinə qarayaxma kampaniyası başladılıb.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed