Şrift:
Pompeo: “İran rəftarını əsaslı şəkildə dəyişməsə, iqtisadiyyatının çökməsinin şahidi olacaq”
12.10.2019 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 11-də “Twitter” səhifəsində paylaşdığı iki statusda, ölkəsinin Səudiyyə Ərəbistanına əlavə hərbi qüvvələr göndərməsindən və İranın region ölkələrinə qarşı dağıdıcı rəftarından danışıb.

Pompeo deyib ki, Vaşinqton İranın regional təhdidinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanına əlavə hərbi qüvvələr göndərəcək: “Amerika Birləşmiş Ştatları İranın hücum siyasətinin qarşısını almaq və Ər-Riyadın müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə Səudiyyə Ərəbistanına əlavə hərbi qüvvə və avadanlıqlar göndərəcək.

Hesab edirik ki, İran rejimi ya öz rəftarını əsaslı şəkildə dəyişməli, normal və adi bir ölkə kimi davranmalı, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdır. İran rejimi Amerika Birləşmiş Ştatlarının dözümlülüyünü onun zəifliyi kimi qəbul etməməlidir. Əks təqdirdə peşman olacaq” –deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı statusda bildirib.

Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi oktyabrın 11-də bəyanat yayaraq bildirib ki, Pentaqon İranın regional qonşularına qarşı davamlı təhdidlərinə cavab olaraq, Səudiyyə Ərəbistanına əlavə 3 min hərbi qüvvə göndərmək niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed