Şrift:
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq
14.10.2019 [10:26] - Gündəm, Sosial
Oktyabrın 14-də Stokholmda baş tutacaq xüsusi tədbirdə 2019-cu il üzrə Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatının adı ictimaiyyətə elan olunacaq.

Laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur.

Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Belə ki bu mükafat, İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.



Rauf Əliyev
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed