Şrift:
Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi 3 günlük bağlanır
04.09.2012 [16:05] - Gündəm, Sosial
Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq.
Metropolitendən çərşənbə axşamı verilən məlumata görə, stansiyaların bağlanması yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədardır.
Həmin müddət ərzində "20 Yanvar-Dərnəgül" və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər.
"Həmin müddət ərzində qeyd olunan istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur", - Metropolitenin məlumatında bildirilir.
Bu müddət ərzində Bakı Metropoliteninin qatarları "Həzi Aslanov-İçərişəhər" və "Həzi Aslanov-İnşaatçılar" istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.
Bu xəbər oxucular tərəfindən 1324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed