Şrift:
Güney azərbaycanlı fəal Müctəba Pərvin saxlanılıb
14.10.2019 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təhlükəsizlik qüvvələri oktyabrın 13-də Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvinin ata evinə müraciət edərək onu saxlayıblar.

Təhlükəsizlik qüvvələrinin məhkəmə hökmü ilə evə müraciət etdiyi bildirilir.

Fəalın yaxınları onun həbs hökmünün icrası ilə bağlı saxlandığını ehtimal edir.

Bundan əvvəl Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi fəal haqda Ərdəbil 2 nömrəli Cinayət Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlamışdır.

Həmçinin azərbaycanlı fəal bundan əvvəl Ərdəbil Ümumi və Hüquqi Məhkəməsinin 9-cu şöbəsində mühakimə olunub. O dövlət avtomobilinə vurulan ziyanın ödənilməsi, məhkəmə prosesi ilə əlaqədar önədiləcək məbləğ və ödənilməsi təxirə düşən ziyanın tələbi ilə bağlı ittihamlara görə mühakimə olunub və təxminən 460 min tümən nağd cərimə ödəməyə məhkum olunmuşdur.

Müctəba Pərvin həmin dosye ilə əlaqədar 2018-ci il oktyabrın 9-da öz atası evində saxlanılıb. Fəalın qanunsuz yığıncaqda iştirak etməklə bağlı ittihamı Ərdəbil Məhkəməsinin 12-ci şöbəsində elan olunduqdan sonra o həmin gün mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed