Şrift:
Sərdar Ünsal: Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə çatdırdı ki, Ermənistan faşizm ideyaları ilə yaşayan təcavüzkar dövlətdir
14.10.2019 [10:59] - Xəbərlər, Siyasət
Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışında qaldırılan məsələlər tarixi əhəmiyyət daşıyır. İstər Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana, istərsə də erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə qoymaq Ermənistan dövlətinin işğalçı və terrorçu mahiyyətinin göstəricisidir.

Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib.

Dərnək sədri ifadə edib ki, son 30 ildə Ermənistanda siyasi hakimiyyətə rəhbərlik edən şəxslərin hamısı eyni xəstə düşüncə ilə dünya ictimaiyyəti ilə bərabər, öz toplumlarını da aldatmaqda davam edirlər. Müasir dövrdə Ermənistandan başqa, faşizm ideyalarını, terrorçu şəxsləri təbliğ edən ikinci bir dövlət yoxdur. S.Ünsal deyib: “Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə çatdırdı ki, Ermənistan faşizm ideyaları ilə yaşayan təcavüzkar dövlətdir. Ermənistanda faşistlərin və terrorçuların qəhrəman kimi qələmə verilməsi bu dövlətə yaxşı heç nə vəd etmir. Həmişə olduğu kimi bu dəfə də Ermənistanın baş naziri yala, iftira və məntiqsiz mühakimələrlə gülünc halında qaldı. Əslində Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayan, azərbaycanlılara qarşı Xocalı soyqırımı kimi bəşəri cinayəti törədən bir hökumətin başçısından belə riyakar cavab eşitmək təəccüblü deyildi”.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed