Şrift:
Görkəmli alim Xudu Məmmədovun xatirəsinə həsr olunmuş respublika turniri keçirilib
14.10.2019 [11:12] - Gündəm, İdman
Ağdam rayonu Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Beynəlxalq Kempo-Ryu və Kobudo Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasının təşkilatçılığı ilə dünya şöhrətli alim, vətənpərvər ziyalı Xudu Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr, qızlar və kişilər arasında I Açıq respublika turniri başa çatıb. Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən 200-dən çox idmançı iştirak edib.

Turnirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasının prezidenti, Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Tarverdi Allahverdiyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Bakı Dövlət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru Boran Əziz çıxış edərək Xudu Məmmədovun həyat və yaradıcılığından, alimlik zirvəsinə ucalmasından, Azərbaycan elminə göstərdiyi xidmətlərindən və milli vətənpərvərlik ruhlu mütəfəkkir kimi tanınmasından danışıb, idmançılara uğurlar arzulayıblar.

On səkkiz şəhər və rayondan müxtəlif çəki dərəcələrində və yaş qruplarında idmançıların iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib. Turnirin qaliblərinə diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed