Şrift:
Tunisdə keçirilən prezident seçkilərində Kais Səid inamlı qələbə qazanıb
14.10.2019 [11:14] - Köşə yazarları, Siyasət
Tunisdə keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səid inamlı qələbə qazanıb. Əl Cəzirə telekanalı xəbər verir ki, ekzit-polların İlkin nəticələrinə görə, Səid 72 faizdən çox səs toplayıb.

Prezident seçkilərində digər namizəd - Nabil Karui isə seçicilərin cəmi 27, 47 faizinin səsini toplayıb. O, seçkilərdən əvvəl korrupsiya ittihamı ilə saxlanıldığı həbsxanadan azad edilib. İctimai rəyin öyrənilməsi üzrə “Emrhod Consulting” mərkəzinin məlumatına görə, hüquq professoru olan Səidin seçkilərdə inamlı qələbə qazanması artıq şübhə doğurmur. Qeyd olunub ki, əhalinin seçkilərdə fəallığı da yüksək səviyyədə olub: ölkə üzrə 4500 seçki məntəqəsində 7,2 milyon seçici səs verib. Bu, 2010-2011-ci illər “ərəb baharı” adlanan proseslərdən sonra keçirilən ən fəal seçki hesab olunur.

Seçkilərin yekun nəticələri Ali Müstəqil Seçki Komissiyası tərəfindən oktyabrın 15-də elan ediləcək.

Qeyd olunur ki, 61 yaşlı hüquq professoru Kais Səidin zəngin siyasi təcrübəsi var. O, ölkədə korrupsiya əleyhinə mübarizə sahəsində liderlərdən biridir.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed