Şrift:
Ramiz Həsənov: Türk Şurasının Macarıstanda ofisinin açılması təşkilatın Aİ ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq
14.10.2019 [14:26] - Köşə yazarları, Siyasət
Oktyabrın 14-də Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasının yekunlarına həsr olunub mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov iclasda mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, Özbəkistanın da Şuraya üzvlüyü bu görüşə təsadüf edir.

Qeyd edilib ki, bu görüşlər əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi mühüm məsələdir, bu görüşlər əməkdaşlığa töhfə verəcək.

Nazir müavini deyib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması da əlamətdar hadisədir. Bu, Türk Şurasının Avropa İttifaqı ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed