Şrift:
Mərakeşdə avtobus aşıb, 42 nəfər həlak olub
04.09.2012 [16:14] - Hadisə
Bu gün Mərakeşin mərkəzi hissəsində avtobus yarğana düşərək aşıb. Hadisə nəticəsində ən azı 42 nəfər həlak olub, daha 24 nəfər yaralanıb. Bu barədə "Xinhua" agentliyi yerli KİV-ə istinadən xəbər verib.
Yol qəzası yerli vaxtla saat 02:00-də əl-Hauz vilayətində Zaqora-Mərakeş şosesində baş verib.
Yerli MAP agentliyinin məlumatına görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed