Şrift:
Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir
14.10.2019 [14:32] - Xəbərlər, Siyasət
Oktyabrın 14-də Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir.

Tədbirdə çıxış edən Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu almaq istiqamətində işlərin davam etdirildiyini bildirib. “Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes forumlar keçirilməlidir”, - deyə nazir vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed