Şrift:
Ərəbşünaslıq Mərkəzində “Ərəb xətt növləri: Siyaqət xətti” mövzusunda təlim təşkil edilib
15.10.2019 [09:41] - Gündəm, Mədəniyyət
Bakı Avrasiya Universitetinin nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzində “Ərəb xətt növləri: Siyaqət xətti” mövzusunda təlim keçirilib.

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının apardığı təlimdə əsas ərəb xətt növlərindən danışılıb.

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

Xatırladaq ki, Ərəbşünaslıq Mərkəzi Bakı Avrasiya Universiteti ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində yaradılıb. Mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed