Şrift:
Qadın haqları fəalı Aliyə Mütəllibzadə 3 il həbsə məhkum edilib
15.10.2019 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı rejissor Sədra Abdullahi həyat yoldaşı, Mətbuat Azadlığının Müdafiəsi Assosiasiyasının müdir müavini və qadın haqları fəalı Aliyə Mütəllibzadənin 3 il həbs cəzasına məhkum edilməsini bəyan edib.

Onun sözlərinə görə, xanım Mütəllibzadənin məhkəmənin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib. 36 saylı apelyasiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökm icra edilmək üçün Evin zindanına təqdim edilib.

Xatırladaq ki, Aliyə Mütəllibzadəyə qarşı ötən il keçirilmiş ilkin məhkəmə icrasında “dövlət əleyhinə qruplaşma yaratma, sövdələşmə və təbliğat” ittihamı ilə 3 həbsə məhkum edilmişdi.

Hökmə əsasən, Aliyə Mütəllibzadə 5 gün ərzində hökmün icrası üçün müvafiq ədliyyə orqanına gəlməlidir.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed