Şrift:
Şinzo Abe “Hagibis” tufanını “Ciddi təbii fəlakət” elan edəcək
15.10.2019 [10:24] - Köşə yazarları, Hadisə
Yaponiyanın Baş Naziri Şinzo Abe bildirir ki, hökumət “Hagibis” tufanını “Ciddi təbii fəlakət” adlandırmağı düşünür. Bu status, zərərçəkmiş rayonlarda bərpa işləri üçün ayrılacaq subsidiyaların məbləğini artırmağa imkan yaradacaq.

Şinzo Abe belə bir bəyanatla oktyabrın 15-də parlamentin yuxarı palatasında büdcə komitəsinin iclası zamanı çıxış edib.

İclas təbii fəlakət zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Baş Nazir, həmçinin deyib ki, bərpa işlərinin aparılması ilə bağlı maliyyə yardımı etmək üçün hökumət 315 bələdiyyəyə “ağır fəlakət” statusunun verilməsi məsələsini araşdırır.

Ş.Abe etiraf edib ki, tufan insanların gündəlik həyatına və iqtisadiyyata uzunmüddətli təsir göstərə bilər. Hazırda idarələrarası qrup su və elektrik təchizatının tezliklə bərpası üçün çalışır. Təxliyə mərkəzlərindəki insanların su, qida, karton çarpayılar və digər ilkin yardım vəsaitləri ilə təmin edilməsi üçün müvafiq işlər görülür.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed