Şrift:
Kaliforniyada keçirilən beynəlxalq mədəniyyət festivalında ölkəmiz də təmsil olunub
15.10.2019 [10:33] - Gündəm, Mədəniyyət
ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında ölkəmiz də təmsil olunub.

Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğundan bildirilib ki, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib.

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, əsrarəngiz təbiəti, memarlıq abidələri, qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, musiqisi, həmçinin turizm imkanları barədə ətraflı məlumat əldə ediblər. Bundan başqa, milli geyimlərimiz, rəqslərimiz və mətbəximizdən nümunələr festival ziyarətçilərində xüsusi maraq oyadıb.

Ölkəmiz və onun mədəniyyəti ilə bağlı festival iştirakçılarının çoxsaylı sualları icma fəalları və Baş Konsulluğun əməkdaşları tərəfindən cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed