Şrift:
Fərəc Quliyev hərəkat yoldaşı Fərzuq Seyidbəylinin vəfatı ilə bağlı başsağlığı verib
15.10.2019 [12:36] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Azadlıq Hərəkatının fəallarından və Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından olan, tanınmış jurnalist Fərzuq Seyidbəylinin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Fərzuq Seyidbəyli Azərbaycanın müstəqilliyi yolunda fədakarlıq etmiş hərəkatçılardan biri idi. Milli Azadlıq Hərəkatında xüsusi fəallığı ilə seçilən Fərzuq bəy, sonradan Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından biri oldu. O, Vətəni və xalqı qarşısında daim xidmətdə olan bir insan idi və həyatı boyu da təmənnasız bu xidmətlərini davam etdirdi. Azərbaycanın müstəqilliyi yolunda apardığı mücadiləni müstəqillikdən sonra xalqının maariflənməsi yolunda əlindən gəldiyi qədər davam etdirdi.
Fərzuq Seyidbəyli xalqımıza pedaqoq kimi verdiyi tohfələri, jurnalistlik fəaliyyətində uğurlu davam etdirdiyi üçün hörmətlə yanaşılan tanınmış bir jurnalist oldu.
Bacarıqlı bir tərcüməçi kimi də tanınan Fərzuq bəy dəyərli və xalqa fayda verə biləcək əsərləri, məqalələri Azərbaycan dilinə tərcümə edib oxuculara təqdim etməyi onun zəngin mənəvi aləmindən və xalqa xidmət coşqusundan qaynaqlanırdı.
Xalqımızın belə bir fədıəkar və intelektual oğlunun bu gün aramızda olmaması bizim üçün olduqca ağır bir itkidir. Onun bu dünyadan köcməsi xalqın itkisi oldu. Bu acı xəbər onun xidmətlərinə bələd olan hər kəs kimi bizi də dərindən sarsıtdı.
Bu ağır itki ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk.
Məkanı Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed