Şrift:
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 29%-dən çox azalıb
16.10.2019 [11:38] - İqtisadiyyat
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% artaraq 25,244 mlrd. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 14,866 mlrd. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 10,378 mlrd. dollar olub. Nəticədə 4,488 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk doqquz ayında ixrac 4,1%, idxal 31,3% artıb, müsbət saldo isə 29,6% azalıb.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed