Şrift:
Azərbaycan “Tokio 2020” Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb
16.10.2019 [11:43] - İdman
Azərbaycan “Tokio 2020” Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və Paralimpiadaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapauerliftinqdə və Roman Saleh paraüzgüçülükdə XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed