Şrift:
Dərbənd teatrı ölkəmizdə qastrol səfərindədir
16.10.2019 [11:50] - Dərbənd, Bildiriş
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ölkəmizdə qastrol səfərindədir. Bu gün Abşeron Rayon Mədəniyyət Evində səfər çərçivəsində teatrın təqdimatında “Rəngsaz” tamaşası nümayiş olunub.

Tamaşa türk dramaturqu Tuncer Cudcenoğlunun pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir.

Tamaşada baş rolu ifa edən Qədir bir həkimin evini təmir etməyə gəlir. Ancaq sonradan o, özünü burada evin sahibi kimi aparmağa başlayır. Əyninə həkim xalatı geyinib hamını müalicə etmək arzusuna düşür.

Aktyorlar bu tamaşanı ustalıqla ifa edərək gözəl xoreoqrafiya nümayiş etdiriblər.

Sonda teatrın direktoru Firdovsi Əsgərov teatra belə maraq göstərdikləri üçün tamaşaçılara öz minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 30571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed