Şrift:
“Ərdəbil Əyalətində boşanmaların sayını azaltmaq üçün lazımi tədbirlər görülməlidir”
18.10.2019 [12:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil valisinin ictimai, təhlükəsizlik və siyasi məsələlər üzrə müavini təmsil etdiyi əyalətdə qeydə alınan boşanma hallarının ölkənin orta hesabından çox olduğunu bildirib.



Behruz Nedayi bu barədə Ərdəbildə Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə çıxış edib.



“Statistik məlumata görə, Ərdəbil əyalətində boşanmaların sayı ölkənin orta hesabından çoxdur. Ona görə də bu istiqamətdə müəyyən işlər görülməlidir. Hesab eliyirəm ki, boşanma hallarının sayını azaltmaq üçün cəmiyyətdə psixoloji məsləhət və maarifləndirmə işlərinə ciddi ehtiyac var.”- deyə o bildirib.



Vali müavini boşanma hallarının azalması üçün önləyici tədbirlərin əhəmiyyətinə xüsusi olaraq diqqət çəkib. O vurğulayıb ki, “biz heç bir şəkildə önləyici tədbirləri kənara qoymamalıyıq. Əyalatdə boşanma hallarının sayının çox olması bizi vadar edir ki, gənclərimiz evlənmədən əvvəl mütəxəssislərə müraciət edərək bir-birlərinə uyğun olub-olmadıqlarını öyrənsinlər.”



Qeyd edək ki, İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanın bütün əyalətlərində boşanma hallarını artırıb. Bundan əvvəl Ərdəbil və Şərqi Azərbaycan Əyalətinin rəsmiləri təmsil etdikləri əyalətlərdə dörd nikahdan birinin boşanma ilə nəticələndiyini açıqlayıblar.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed