Şrift:
Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq
19.10.2019 [11:50] - Xəbərlər, İqtisadiyyat
2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrində xəbər verilir.

Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur.

Gələn il büdcə xərcləri isə 26 913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6,8% çoxdur.

Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4% azdır.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed