Şrift:
Yəhudilərin paytaxtında ilk Cümə məscidi açıldı
19.10.2019 [12:05] - İslam dini
Rusiyadakı Yəhudi muxtariyyətinin paytaxtı Birobican şəhərində Uzaq Şərq regionunda ən böyük olan ilk Cümə məscidi açılıb.

İanə vəsaitləri hesabına şəhərin mərkəzi hissəsində iki mərtəbəli daş məscid tikilib. Tikinti işləri, demək olar ki, yeddi il ərzində aparılıb. İbadətgah üçün sahə şəhər rəhbərliyi tərəfindən müsəlmanlara 2012-ci ilin Ramazan bayramında hədiyyə edilib. Məsciddə beş qübbə ucaldılıb. Bina 800 nəfərin ibadəti üçün nəzərdə tutulub.


Məscidin açılışında hər kəs plova qonaq edilib. Müsəlman icmasının nümayəndələrinin fikrincə, yeni məscid yalnız dindarların duaları üçün bir məkan deyil, eyni zamanda maarifçiliklə məşğul olacaq və ekstremist fikirlərin yayılmasının qarşısını alacaq bir mərkəzdir. Məscid İslamın gerçək dəyərlərini cəmiyyətə tanıtmağı planlaşdırır.

Qeyd edilir ki, bu gün Yəhudi muxtar vilayətində 3 minə yaxın müsəlman yaşayır. Bu vulayət dünyada İsrail dövlətindən sonra rəsmi statuslu yeganə yəhudi inzibati-ərazi vahididir.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed