Şrift:
Ermənilərin İstanbulda planlaşdırdığı təxribatın qarşısı alındı – DETALLAR
19.10.2019 [12:09] - Köşə yazarları, Hadisə
İstanbulda növbəti erməni təxribatının qarşısı alınıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 18-19 oktyabr tarixlərində İstanbuldakı erməni katolik kilsəsində keçirilməli olan beynəlxalq konfrans ləğv olunub.



“Kesariyanın və onun ətraf ərazilərinin sosial, mədəni və iqtisadi tarixi” adı verilən konfransda 22 tanınmış alim, o cümlədən türkiyəli tarixçi Ayhan Aktar, Mixail Nşanyan, Suavi Aydın, Zəkəriyyə Mildanoğlu, Hilmar Kayzer və s. iştirak ediblər.



Tədbir Kesariya (indiki Kayseri şəhəri) ərazilərinin erməni irsini təbliğ etməli idi. Amma Türkiyə hökuməti İstanbulun Şişli bələdiyyəsinin ərazisində “Hrant Dink” fondu tərəfindən keçiriləcək konfransı ləğv edib.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed