Şrift:
Güney azərbaycanlı milli-mədəni fəal Siyavuş Süleymanipur saxlanılıb
19.10.2019 [12:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal mühəndis Siyavuş Süleymanipur Urmiya şəhərində öz evində terror təşkilatı “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.



Fəalın yaxınlarının verdiyi məlumata görə, o bir neçə gün əvvəl evə hücum çəkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.



Hadisə bir neçə gün əvvəl baş versə də bu barədə yenicə xəbər yayılıb.



Hələlik azərbaycanlı fəalın harada saxlandığı və hansı səbəbdən tutulduğu barədə heç bir məlumat yoxdur.



Əldə olunan informasiyaya görə, fəalın ailə üzvləri də təhdid və təzyiqlərə məruz qalıb. Onlara bildirilib ki, S.Süleymanipurun saxlanması ilə bağlı mətbuat orqanları və insan hüquqları təşkilatlarına xəbər verilməməlidir.



Bundan əlavə bir həftədən çoxdur ki, S.Süleymanipurun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin rəsmi mətbuat orqanı olan “Amonews” saytının xəbər yaymasına icazə verilmir.



Mühəndis S.Süleymanipur Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin rəisidir. Şəhid qardaşı olan fəal milli və mədəni zəmində aktivlik nümayiş etdirən siyasi fəallardan biridir.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed