Şrift:
26 yaşlı türk futbolçu vəfat edib
05.09.2012 [10:43] - İdman
Türkiyənin "Eskişəhirspor" futbol komandasının müdafiəçisi Ediz Bahtiyaroğlu çərşənbə gününə keçən gecə öz evində ürək tutmasından vəfat edib. Xəbəri Türkiyə KİV-i yayıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, 26 yaşlı Edizin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Bosniya və Herseqovina əsilli oyunçu bundan əvvəl "Ankaraspor", "Ankaragücü" və "Bucaspor" komandalarının formalarını geyinib. O, ötən futbol mövsümündə "Eskişehirspor"a transfer olunmuşdu.
Edizin vəfatı ilə bağlı xəbərin sürətlə yayılmasından dərhal sonra "Eskişehirspor" futbol klubu rəsmi internet saytında açıqlama yayıb. "Ediz Bahtiyaroğlunu bu gecə keçirdiyi narahatlıq nəticəsində itirdik. Özünə Allahdan rəhmət, ailəsinə və bütün futbol ictimaiyyətinə başsağlığı diləyirik", - açıqlamada deyilir.
Bu xəbər oxucular tərəfindən 1248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed