Şrift:
Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq
21.10.2019 [11:46] - Mədəniyyət
Oktyabrın 25-də Azərbaycan İstiqlal Muzeyində “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq.

Sərgi Azərbaycan İstiqlal Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərginin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacir etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır.

Sərgidə filologiya üzrə fəlsəfə doktoru, professor, cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 ədəd foto nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed