Şrift:
Narkotik satışının leqallaşdırılması təklifinə MİLLƏT VƏKİLİNDƏN ETİRAZ
22.10.2019 [10:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Belə halların qarşısının alınması və fərqli reseptlərin tapılmasının tərəfdarıyam. Bir qrup adam xəstəliyə tutulubsa, onun"hüququnu” tanımaq adı altında milyonlarla insanın həyatını risk altına atmaq düzgün deyil”.


Bu sözləri Sfera.az-a açıqlamasında Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçeri-Laleinin gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadənin leqallaşdırılacağı barədə fikrinə münasibət bildirərkən Milli Məclisin deputatı Fərəc Quliyev deyib:


"Bu barədə mövqeyim fərqlidir. Parlamentdə "Narkotik vasitələrin istifadəsi, onun əkilib becərilməsinə qarşı mübarizə” ilə bağlı qanunda dəyişiklik olanda bildirmişdim ki, bu istiqamətdə ən sərt tədbirlər görülməlidir. Hesab edirəm ki, narkotikin ölkəyə gətirilməsi, becərilməsi, daşınması və s. hallarla bağlı qəbul olunan qərarlarda çox yüngül cəzalar nəzərdə tutulub”.


Deputat nəinki yüngül narkotik vasitələrdən istifadənin leqallaşdırılması əleyhinədir, hətta bu istiqamətdə cəzaların ağırlaşdırılmasının tərəfdarıdır: "Bu cəzaları həddən artıq ağırlaşdırmaq lazımdır. Bunun kökünü kəsmək üçün ciddi tədbirlər görülməlidir. Mövcud olan xəstələrin müalicəsinin aparılması başqa məsələdir. Ancaq yüngül narkotik vasitələrdən istifadəni leqallaşdırmaqla gələcəkdə böyük fəsadlara yol açmış olarıq. Düzdür, bir sıra Avropa ölkələrində yüngül narkotikdən istifadəyə yol verilir. Amma hər zaman Avropadan axmaq işləri əxz etməklə məşğul olmamalıyıq. Onların texnologiyasından, inkişafa nail olduqları sahələr üzrə müəyyən uğurlarından yararlanmalıyıq”.


Elçin
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed