Şrift:
Fərəc Quliyev yeni çağırışlara adekvat fəaliyyət təklif etdi (audio)
22.10.2019 [14:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Destruktiv müxalifət bizim qaldırdığımız məsələlərin onda birini belə qaldırmayıb"

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 22.10.2019 tarixində keçirilən plenar iclasında çıxış edərək, bir neçə mühüm təklif irəli sürüb. Deputat Milli Şuranın casusluq fəaliyyəti ilə bağlı hüquqi qiymətin verilməsi, ölkənin ali qanunverici orqanının fəaliyyətinin geniş ictimaiyyətə təqdim olunmamasından təxribatçı qrupların yararlanmasının qarşısını almaq məqsədi ilə Parlament televiziyasının yaradılması və deputatların Milli Məclisdə səsləndirdiyi fikirlərin və təkliflərin aidiyyatı qurumlara çatdırılması prosedurunun hazırlanması təşəbbüslərini irəli sürüb.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, Siyavuş müəllimin də toxunduğu məsələ çox ciddi məsələdir təbiiki. Bir dövlət böyük bir ailədir. Bu ailənin sabitliyi, bu ailənin təhlükəsizliyi mövzu olanda orda müxalifətçilik olmur. Burda hər kəs bitərəf olmasından, siyasətlə məşğul olub olmamasından asılı olmayaraq özünün şəxsi və qrup maraqlarını düşünmədən dövlət maraqlarına qurban verməlidir. Mən bir neçə məsələyə toxunmaq istəyirəm .Bu məsələlərdən birisi təbii ki, baş verənson hadisələrə münasibətdir . Ölkədə destuktiv fəaliyyət göstərən təşkilatların törətdiyi hadisədə, təkcə o iştirakçıların deyil, həm də onlara şərait yaradanların günahı vardır. Mən bir dəfə də bu məsələyə toxunmuşdum. Respublika Prokurorluğuna bu məsələ ilə bağlı müraciət etmişdim. Milli Şura xaricdə yaradılan bir qurumdur, ona maliyyə dəstəyi vermək üçün də hətta yardımcı Milyarderlər İttifaqı yaradılmışdır. Bunu hamı bilir. Belə halda tətqiqat aparırlar. Bu açıq-aydın casusluq fəaliyyətidir- yumşaq halda, hələ mən vətənə xəyanətdir deyimini qoyuram bir kənara.Bu adamların fəaliyyətinə nəinki icazə verilməməlidi, bu adamlar qanun qarşısında cavab verməlidir. Qanun qarşısında cavab vermək əvəzinə bu adamlara meydan verilirki, gedin Lökbatanda da camaatı yığın, təbliğat aparın dövlət əleyhinə. Məncə bu yanlış bir yanaşma idi.
İkinci, onların qaldırdığı şüarlara baxın. Burda məcburi tibbi sığorta ilə bağlı da məsələ qaldırmışdırlar. Adamların ya məlumatı yoxdu, ya savadı yoxdu, ya da dünyadan xəbərləri yoxdur. Milli Məclisdə bu məsələ də və orada qaldırılan başqa məsələlər də müzakirə olunubdu. Dəfələrlə biz burda orda qaldırılanlardan daha çox məsələ qaldırmışıq. Parlamentdə olan müxalif partiyaları mən nəzərdə tuturam. Və yaxud da bitərəf deputatlar olsun, yaxud da digər YAP-dan olan deputatlar olsun. Çox ciddi məsələlər qaldırılıb burda. Heç onların qaldlrdıqları məsələlər bizim qaldırdığımız məsələlərin onda biri qədər belə deyil. Həm də Milli Məclisdə qaldırılan məsələlər əsaslandırılmış şəkildə tənqid olunubdu, çıxış yolları da göstərilib. Onlara da sayğı ilə yanaşılıb. Son on ildə mən özüm 115-ə qədər təkliflə çıxış eləmişəm və 105-i qəbul olunub. Təkcə mən eləməmişəm təbii ki, o təklifləri, bütün kolleqalarım da o təkliflərə toxunublar. Yəni çox tolerant bir yanaşma vardır. Mən hesab edirəm ki, bizim bu fəaliyyətin sadəcə olaraq ciddi şəkildə işıqlandırılmasında bir problem var. Mən ona görə təklif edirəm ki, burda qaldırılan məsələlər ilə bağlı ictimaiyyət məlumatlandırılsın. Mən bir dəfə də bu məsələni qaldırmışdım. Milli Məclisdə müzakirələr zamanı çox gözəl ,çox sanballı təkliflər qaldırılır, çox əsaslı tənqidlər olunur. Bu məsələləri biz işıqlandıra bilmirik. Nə mənada? Birinci biz parlament televiziyası ilə bağlı olaraq təklif etmişdik ki, parlament televiziyası yaradılsın.
Ziyafət müəllim mənim vaxt məhdudiyyətim yarandı ,mənə bir dəqiqə əlavə vaxt verin zəhmət olmasa. Təşəkkür edirəm.

Əgər bu - parlament televiziyası yaradılması, indilikdə mümkün deyilsə, biz eliyə bilərik ki, Azərbaycan televiziyası və yaxud da İctimai televiziya da parlament saatı ayrılsın və burda olan çıxışlar orda verilsin. Bu çox vacibdir. Mən demirəm canlı verilsin. Amma onların göstərilməsi çox vacibdir, cəmiyyətin xəbəri olsun ki, parlament çalışır. Çünki hörmətli Zahid bəyin rəhbərlik etdiyi tətqiqatlar mərkəzinin sorğularında 52 faiz insanın parlamentdən gözləntiləri vardır. Biz əslində bizdən asılı olan hər şeyi edirik. İcra strukturları bunu eləmir və bizə irad tuturlar. Və yaxud da biz əgər bu mexanizmi eləsək cəmiyyət görəcək ki, onları düşündürən məsələlər burda qaldırılır. Və mən təklif etmişdim, bir də təklif edirəm. Burda qaldırılan məsələlər stenoqramlardan çıxarılsın, adiyyatı üzrə icra strukturlarına göndərilsin və onlar bu məsələlər haqqında ölçü götürəndən sonra növbəti iclasda bura göndərilsin və burda 5-10 dəqiqəyə məlumat verilsin. Bu cəmiyyətdə göstərilsin ki, burda sizin iradəniz ifadə olundu, o məsələyə baxıldı, ölçü götürüldü və yaxud da ölçü götürüləcək. Təbii bəzi məsələlərdə ölçü götürülür. Mən hökumətdən narazılıq eləmirəm. Büdcə müzakirələri ilə bağlı məsələdə mən özüm bir neçə məsələ qaldırmışdım onlar bizə təqdim etdiyi sənədlərdə nəticə barədə məlumat verib.Amma bunu dediyim mexanizm ilə etmək daha münasibdir.Bu yolla müxalif fikir və tənqid və təkliflərin ,onların müzakirəsini meydanlardan parlamentə daşınmış olar.
Çox təəssüf ki, vaxt az oldu. Müxalifətin də fikirlərini və təkliflərini nəzərə alsanız yaxşı olar, bunlar çox ciddi məsələlərdir.
Təşəkkür edirəm.

TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed