Şrift:
Ermənistan Bakıda keçiriləcək sammitdə iştirak etməyəcək
22.10.2019 [14:18] - Gündəm, Siyasət
"Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcək ölkələr arasında Ermənistan yoxdur".

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
"İştirakçı ölkələr Bakıda Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün onlayn müraciət ediblər. Hazırda Ermənistan siyahıda yoxdur".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed